Cənubi Koreyada vətəndaşlıq hüququ olanların sayı ötən illə müqayisədə 10% artaraq 1 milyon 480 min nəfərə çatıb.

Bu barədə İqtisadiyyat.az "Yonhap"a istinadən xəbər verir.

Məlumata görə, ötən il 1,35 milyon olaraq qeyd edilən 15 yaşdan yuxarı olan immiqrantların sayı bu il 1,48 milyona çatıb.

Bildirilib ki, ölkədəki əcnəbilərin 64,5%-i işlə təmin olunub. Əcnəbilərin təxminən 33%-i ayda 1500-2300 dollar, 24.4%-i isə 2300 dollardan yuxarı gəlir əldə edib.

 

Gözəl Həşimova