İsveçrədə pensiyaçılara hər ilin sonunda 13-cü pensiya veriləcək.

Bu barədə İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir.

Ölkədə bununla bağlı referendum keçirilib və bəzi şirkətlərdə tətbiq olunan 13-cü maaş prinsipi əsas götürülüb. Qeyd olunub ki, pensiya ödənişlərinin artırılması zəruri yaşayış minimumunun daim artması ilə əsaslandırılıb.

Ölkədə hazırda minimum pensiya 1,393 dollardır.

 

Gözəl Həşimova