Birləşmiş Millətlər Təşkilatı (BMT) gələn il Somalidə 6,9 milyon insanın humanitar yardıma ehtiyacı olacağını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin hazırladığı hesabatda deyilir.

Məlumata görə, humanitar yardım səylərinin artması və quraqlığın təsirlərinin azalması ilə Somalidə kömək gözləyənlərin sayı ötən illə müqayisədə xeyli azalıb.

Hesabatda gələn il quraqlıq, daşqın və qarşıdurmalar səbəbindən 6,9 milyon insanın yardıma ehtiyacı olacağı və lazımi işlərin görülməsi üçün 1,7 milyard dollar tələb olunacağı qeyd olunub.

Bildirilib ki, ölkədə 4 milyon insan didərgin düşüb və onların 80%-i qadın və uşaqlar olub.

 

Gözəl Həşimova