Estoniya hakimiyyəti 2027-ci ilə qədər Ukraynaya 1,2 milyard avro məbləğində hərbi yardım paketi ayırmaq qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Estoniyanın prezidenti Alar Karis Tallinndə Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Kiyevin daha ​​yaxşı silahlara ehtiyacı var. Buna görə də Avropa İttifaqı ölkələri silah istehsalını artırmalıdır.

Qeyd edək ki, 2022-ci ildən Estoniya Ukraynaya təxminən 500 milyon avro məbləğində hərbi yardım göstərib.

 

Gözəl Həşimova