2023-cü ilin I yarımilliyi ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 791 olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, yanğın hadisələri zamanı 18 nəfər həlak olub, 94 nəfər xəsarət alıb. Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 19 nəfər və ya 51%, xəsarət alanlar üzrə 36 nəfər və ya 28% azdır.