Afrikanın ən böyük neft istehsalçısı olan Nigeriyanın pul vahidi bu il üçün dünyanın üç ən zəif valyutasından biridir.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Belə ki, ölkənin pul vahidi naira dollara nisbətdə 55% ucuzlaşıb. Buna görə də analitiklər tezliklə devalvasiyanın olacağını proqnozlaşdırırlar.

Ötən il ucuzlaşma tempinə görə siyahıda Argentina pesosu (78,1%) birinci, Livan funtu (89,9% ) ikinci yerdə qərarlaşıb.

Bu il dollar qarşısında ən çox bahalaşan üç valyuta Əfqanıstan əfqanisi (26,4%), Kolumbiya pesosu (25,9%) və Meksika pesosu (15%) olub.

 

Gözəl Həşimova