Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 287 557,62 ABŞ dolları dəyərində 1 017 503,94 ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 9,5% artıb, həcmi isə 17% azalıb.

Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,76%-nə bərabər olub.