İngiltərə, Uels və Şimali İrlandiyada on minlərlə tibb bacısı ikinci dəfə tətil ediblər.

Yaşayış minimumunun dəyərinin düşməsi və inflyasiya fonunda bir günlük tətil edən on minlərlə tibb bacısı nəticəsiz qalan etirazlarını yenidən alovlandırıblar.

Ölkə üzrə 300.000-dən çox üzvü olan və tibb bacılarını təmsil edən RCN (Kral Tibb Bacısı Kolleci) həmkarlar ittifaqı əmək haqqının 19 faiz artırılmasını tələb edir, hökumət isə tələbin ödənilə bilməyəcəyini bildirir.

Həmkarlar ittifaqı hökumətin yanaşmasını dəyişmədiyi təqdirdə tibb bacılarının gələn ay yenidən tətil edəcəklərini qeyd edib.

Tibb bacılarının tətili səbəbindən bir çox görüşlər və əməliyyatları ləğv edilsə də, xəstəxanaların kimyaterapiya, təcili xidmət və dializ bölmələrində çalışanları xəstələrə xidmət göstərməkdə davam edir.