Böyük Britaniya hərbi ehtiyatda olan insanları mülki işə çağıra bilər.

Bu barədə The Telegraph nəşri yazır.

Qəzet yazır ki, hökumətin ordudan asılılığını azaltmaq planlarına uyğun olaraq tətil edən işçiləri əvəz etmək üçün ehtiyatda olan hərbi qulluqçular cəlb edilə bilər.

Ümumilikdə isə Britaniyanın təxminən 25 min ehtiyatda olan hərbçisi var.

Bundan əvvəl Böyük Britaniya hökuməti həmkarlar ittifaqlarının təşəbbüsü ilə başlayan əmək tətilləri ilə əlaqədar təcili yardım maşınlarında və digər təcili xidmətlərdə işləmək üçün təxminən 1,2 min əsgər göndərməyi gözdən keçirir.