Britaniya rəsmiləri Priqojinin təyyarəsinin Putinin göstərişi ilə vurulduğunu bildirib

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BBC ölkə səlahiyyətlilərinə istinadən məlumat yayıb.

"Priqojin də içində olduğu təyyarə Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən vurulub", - məlumatda qeyd edilib.

Bildirilib ki, FSB Putinə son dərəcə sədaqətlidir və rusiyalı müxalifət lideri Aleksey Navalnının zəhərlənməsində də iştirak edib.