Sərmayədarlar Husilərin son hücumlarından sonra Qırmızı dənizdəki vəziyyəti izlədikləri üçün neft qiymətləri dəyişib.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin fevral müqaviləsində bir barelin qiyməti 8 sent və ya 0,1% ucuzlaşaraq 79,15 dollara enib.

“WTI" markalı neftin yanvar müqaviləsində bir barelin dəyəri isə dəyişməyərək 73,94 dollar olub.

 

Gözəl Həşimova