İngiltərənin "Nottinqem Forest"  klubu  yeni futbolçu transfer etməyə hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki, "Nottinqem Forest" Braziliyanın "Palmeyras" klubundan Danilonu heyətinə qatmağa yaxındır. Futbolçunun bu gün tibbi müayinə üçün İngiltərəyə gələcəyi gözlənilir.

Qeyd edək ki, ingilislər Danilo üçün qarşı tərəfə 20 milyon avro ödəyəcək.