Braziliyada koronavirus (COVID-19) infeksiyasına 40 816 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Ötən gün ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  921 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 2 483 191nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 721 560 nəfər müalicə olunaraq sağalıb, 88 539  nəfər vəfat edib.

Braziliya COVID-19-a yoluxanların və ölənlərin sayında görə dünyada ikinci yerdədir.report