Braziliya millisinin və "Əl Hilal"ın hücumçusu Neymar əməliyyat olunub.

İqtisadiyyat.az xəbər verir ki, 31 yaşlı futbolçu sağ dizinin öz çarpaz bağlarından əməliyyat edilib.

Neymar sosial şəbəkə hesabında paylaşım edərək bunları yazıb:

"Hər şey yaxşı keçdi. Məni dəstəklədiyi üçün hər kəsə təşəkkür edirəm. İndi bütün diqqətim bərpa prosesində olacaq".

Braziliya mətbuatı Neymarın 10 ay yaşıl meydanlardan uzaq qalacağını yazıb.