Braziliya yığmasının yeni baş məşqçisi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, "sambaçılar"ın sükanı Dorival Juniora tapşırılacaq. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Mütəxəssis hazırda "San Paulo"ya rəhbərlik edir. O, Braziliya Futbol Federasiyasından gələn təklifi qəbul edib və təyinat yaxın zamanda açıqlanacaq.

Braziliya millisində bir neçə gün əvvəl baş məşqçi Fernando Diniz ilə yollar ayrılıb.