Böyük Britaniyanın neft və qaz şirkəti BP-nin ötən il üzrə xalis mənfəəti 15,239 milyard dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, 2022-ci ildə şirkət 2,487 milyard dollar itki ilə üzləşib. Eyni zamanda, ötən ilin dördüncü rübün şirkətin mənfəəti 371 milyon dollar olub.

Hesabat dövründə BP-nin illik gəliri 14% azalaraq 213,032 milyard dollar enib.