Yüzlərlə qeyri-qanuni miqrant İngiltərədəki immiqrasiya mərkəzlərində qanunsuz saxlanılır.


İqtisadiyyat.az xəbər verir ki, BBC-nin əldə etdiyi rəsmi xəbərə görə, keçən ay təxminən 450-dən 500-ə qədər qeyri-qanuni miqrant Manstondakı İmmiqrant Emalı Mərkəzində həddindən artıq sıxlıq səbəbindən miqrantların çıxarılması mərkəzlərinə köçürülüb.

BBC-nin İnformasiya Azadlığı Qanunu çərçivəsində əldə etdiyi e-poçtlarda insanların bu mərkəzlərdə maksimum 5 gün saxlanıla biləcəyi, sığınacaq axtaranların artıq qanuni olmadığı vurğulanıb.

E-poçtlarda narahatlıqla bağlı Daxili İşlər Nazirliyinin rəsmiləri məlumatlandırılıb.

Bundan əlavə, elektron məktublarda bir çox qeyri-qanuni miqrantın həftələrdir immiqrasiya mərkəzində saxlandığına diqqət çəkilib: “Sığınacaq axtaranları tez bir zamanda otellərə köçürməliyik”..

Digər tərəfdən, oktyabr ayında Manstonda 4000-ə yaxın insanın çadırlarda saxlandığı, sıxlıq və xəstəliklərə səbəb olduğu ortaya çıxıb.