Böyük Britaniya Efiopiyaya 100 milyon funt sterlinq (127 milyon dollar) məbləğində maliyyə yardımı elan edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

Açıqlamaya görə, proqram əsasən qadın və uşaqlar olmaqla 3 milyondan çox insanın əsas səhiyyə xidmətlərinə çıxış əldə etməsinə kömək edəcək: "Maliyyələşdirmə dərmanlara, uşaqlıq peyvəndlərinə əlçatanlığı yaxşılaşdırmağa kömək etməli, beş yaşadək uşaqlar və doğuşdan sonrakı qadınlar arasında ölümlə mübarizəyə kömək etməlidir".

Açıqlamada bildirilir ki, Britaniya hökuməti və beynəlxalq yardım donorları 6,6 milyon insanın ehtiyaclarına cavab verir.