Avropa İttifaqının (Aİ) Kiyev üçün mərmi istehsal etmək imkanları ilə bağlı problemi yoxdur, maliyyə çatışmazlığı var. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Münxen Təhlükəsizlik Konfransında çıxış edən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borell deyib.

"Bizim mərmi istehsal gücü ilə bağlı heç bir problemimiz yoxdur. Bizdə çatışmayan şey maliyyədir. Biz sənayedən eşidirik: imkanlarımız var, sifarişlərə ehtiyacımız var", - diplomat əlavə edib.