"Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov və Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç Fələstin-İsrail münaqişəsini və Astana formatında növbəti görüşə hazırlıq məsələlərini müzakirə ediblər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Söhbət zamanı Fələstin-İsrail münaqişəsinin həlli məsələlərinə dair fikir mübadiləsi aparılıb. Astana formatında növbəti görüşə hazırlıq məsələləri də müzakirə edilib. Suriya böhranının beynəlxalq hüquq prinsipləri və BMT Nizamnaməsi qaydalarına uyğun olaraq hərtərəfli həlli naminə Rusiya və Türkiyə arasında səylərin gələcək əlaqələndirilməsinin vacibliyi vurğulanıb", - diplomatik departament qeyd edib.