Azərbaycan Mərkəzi Bankında (AMB) ölkədəki bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətinin genişləndirilməsi müzakirə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov tviter hesabında bildirib.

Onun sözlərinə görə, bu məsələ "Azərbaycan Mikromaliyyə Assosiasiyası" İctimai Birliyinin və ona üzv təşkilatların rəhbərləri ilə görüşdə müzakirə obyekti olub.

"Görüşdə Azərbaycanda maliyyə sektorunun inkişafı, o cümlədən BOKT-ların fəaliyyətinin genişləndirilməsi, regionlarda sahibkarların maliyyəyə çıxış imkanlarının artırılması istiqamətində müzakirələr apardıq", - deyə baş bankir qeyd edib.