BMT-nin Ümumdünya Ərzaq Proqramı Sudanda fəlakətli aclıq riskinin artacağı barədə xəbərdarlıq edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum "X"də paylaşım edib. 

"Humanitar yardım təcili şəkildə genişləndirilməsə, fəlakətli aclıq riski yüksəkdir. Kəskin aclıq yaşayan insanların sayı iki dəfədən çox artaraq 18 milyona çatıb. Təxminən 5 milyon insan ərzaq təhlükəsizliyi ilə üzləşib", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Sudanda təhlükəsizlik vəziyyəti aprel ayında Sudan ordusunun komandanı, Suveren Şuranın sədri Əbdülfəttah əl-Burhan və xüsusi təyinatlıların rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib.

Aprelin 15-də Merove hərbi bazası yaxınlığında və paytaxt Xartumda iki struktur arasında toqquşmalar başlayıb. Münaqişə nəticəsində minlərlə insan həlak olub, on minlərlə insan yaralanıb.