"Qəzza zolağındakı bütün xəstəxanalarda yanacaq ehtiyatları təxminən 24 saat ərzində tükənəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi (OCHA) məlumat yayıb.

Məlumata görə, Qəzzadakı vəziyyətlə bağlı ehtiyat transformatorların dayandırılması minlərlə insanın həyatını təhlükəyə ata bilər.

Bundan əlavə, xəstəxanada olan mövcud su ən geci bu gün və ya sabah tükənəcək.

 

Gözəl Həşimova