Birləşmiş Millətlər Təşkilatı Livandakı suriyalı qaçqınların 90 faizinin ölkədə son onilliklərin ən pis iqtisadi böhranının kölgəsində sağ qalmaq üçün humanitar yardıma ehtiyacı olduğunu açıqlayıb.


İqtisadiyyat.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) birgə bəyanatında Livanda ehtiyacı olan ailələrə dəstək və müdafiənin davam etdirilməsi çağırışı edilib.

Bəyanatda Suriyalı qaçqınların il ərzində Livanda yaşadıqları yoxsul vəziyyətin qiymətləndirilməsi də yer alıb: "Suriyalıların həyat şərtlərində kəskin və davamlı şəkildə pisləşmə müşahidə olunur. Bir çoxları üçün hətta əsas ehtiyaclar belə əlçatmazdır", - deyə qeyd edilib.

Açıqlamada suriyalı qaçqınların 90 faizinin sağ qalmaq üçün humanitar yardıma ehtiyacı olduğu bildirilib.