"Hazırda dünyada 55 silahlı münaqişə var və bunlar humanitar böhranlara gətirib çıxarır, eskalasiya təhlükəsi yaradır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk İnsan Haqları Şurasının (İHŞ) 55-ci sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu münaqişələr milyonlarla mülki insana ağır təsir göstərir:

"Müharibələr beynəlxalq humanitar hüququn və insan hüquqlarının geniş miqyaslı pozulmasına səbəb olur. Əhalinin yerdəyişməsi və humanitar böhranlar artıq görünməmiş həddə çatıb. Bütün bu münaqişələrin regional və qlobal nəticələri var.

Nadir hallarda bəşəriyyət bu qədər şiddətlənən böhranlarla üzləşib. Qəzzadakı müharibənin bütün Yaxın Şərq üçün ağır nəticələri var".

 

Gözəl Həşimova