"BMT-nin baş katibi Antonio Quterreş Münhen Təhlükəsizlik Konfransındakı çıxışında dünya birliyinin son 75 ildə parçalanması riskinin ən yüksək nöqtədə olduğunu qeyd etmək niyyətindədir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə çərşənbə günü keçirilən brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

"Baş katib cümə günü Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün bu gün Almaniyaya gedəcək. Baş katibin çıxışında dünya ekzistensial çağırışlarla üzləşdiyi bir vaxtda qlobal birliyin pozulma riskinin ən yüksək nöqtədə olduğunu vurğulaması gözlənilir", - diplomat qeyd edib.

"Bundan əlavə, BMT-nin Baş katibi dünya liderlərini daha dayanıqlı, əhatəli, ədalətli və təhlükəsiz dünya istiqamətində işləməyə çağıracaq", - deyə Düjarrik əlavə edib.

Münhen Təhlükəsizlik Konfransı fevralın 16-18-də keçiriləcək və sayca 60-cı olacaq.