Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) Qəzzada 45 min hamilə və 68 min süd verən qadının anemiya, qanaxma və ölüm riski altında olduğunu bildirib. Riskin Qəzzada yaşanan ərzaq böhranının səbəb olduğu açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, UNFPA-nın X sosial media platformasında edilən paylaşımda Qəzzada 45 min hamilə və 68 min süd verən qadının qida böhranı yaşadığı bildirilib.

Açıqlamada qeyd olunub ki, Qəzzada baş verən böyük qida böhranı səbəbilə hamilə və əmizdirən qadınların qan azlığı, hamiləlik zəhərlənməsi, qanaxma və hətta ölüm riski var.