ABŞ dövlət katibi Antoni Blinken İsrailin baş naziri Benyamin Netanyahu ilə Yaxın Şərqdəki humanitar vəziyyəti müzakirə edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin bəyanatında deyilir.

Məlumata görə, Blinken İsraildən qayıtdıqdan sonra Netanyahu ilə regiondakı təmasları müzakirə edib, öz növbəsində İsrailin baş naziri yerdəki vəziyyət barədə ona məlumat verib: "Dövlət katibi İsrailin HƏMAS terrorçularından müdafiə hüququnu dəstəklədiyini vurğuladı və Birləşmiş Ştatların İsrail hakimiyyətinə vətəndaşlarını qorumaq üçün lazım olan hər cür dəstəyi verməyə hazır olduğunu təsdiqlədi".