Birləşmiş Ştatlar Yaxın Şərqdəki zərbələrini hələlik dayandırmaq niyyətində deyil. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Qətərin paytaxtı Dohada keçirdiyi mətbuat konfransında bildirib.

ABŞ-nin xarici siyasət rəhbəri ölkəsinin İraq və Suriyadakı zərbələrinə toxunaraq qeyd edib: "Son bir neçə gündə nümayiş etdirdiyimiz cavab davam edəcək".