Rusiyalı Dmitri Bivol Dünya Boks Assosiasiyası (WBA) tərəfindən ilin boksçusu seçilib.

Bu barədə "Çempionat" məlumat yayıb .

“Dünya Boks Assosiasiyası mənə qalib olmaq və dünya titulumu qorumaq şansı verdi. Bir çox insan onu məndən almağa çalışdı və mən bu titul üçün çox mübarizə apardım. Çox sağ olun!" - deyə Bivol bildirib.

Xatırladaq ki, Bivol daha əvvəl özünü dünyanın ən yaxşı boksçusu hesab etmədiyini demişdi. O, məğlub etmək istədiyi idmançıların daha çox olduğunu bildirib.