ABŞ Çinlə rəqabətə məsuliyyətlə yanaşır. 

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Kamala Harris Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

"Biz Çinlə rəqabətimizə məsuliyyətlə yanaşır, lazım olanda Pekinə qarşı durur, amma maraqlarımıza uyğun gələndə birlikdə işləyirik", - Harris qeyd edib.

O əlavə edib ki, Birləşmiş Ştatlar Hind-Sakit okean regionunda mövcud ittifaqlara və tərəfdaşlıqlara, eləcə də belə münasibətlərin yenilərinin yaradılmasına böyük sərmayə qoyub.