Azərbaycan 1-ci divizionunda 2022-2023 mövsümünün qalibi müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, “Araz Naxçıvan” tarixində 2-ci dəfə aşağı dəstənin qalibi olub.

Səfərdə "Qaradağ Lökbatan"ı iki cavabsız qolla məğlub edən komanda çempionluğunu rəsmiləşdirib. Muxtar respublika təmsilçisi sona 3 tur qalmış ən yaxın izləyicisi "Neftçi-2"ni 11 xal qabaqlayır.

2013/14 mövsümündəki uğurunu təkrarlayan “Araz Naxçıvan” birindi divizionda (əvvəl birinci dəstə adlanıb) iki dəfə çempion olan 5-ci komandadır. Bunadək MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” da iki uğura imza atıb.

Lisenziyalaşdırma tələblərinə cavab versə, “Araz Naxçıvan” növbəti mövsüm Premyer Liqada çıxış edəcək.