Bakıda insan skletinin kəllə və sümükləri aşkarlanıb.

Bu barədə İqtisadiyyat.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 19-da paytaxtın Binqədi rayonunun Baksol qəsəbəsi ərazisində insan skletinin kəllə və 2 ədəd bazu sümüyünə bənzər sümüyün aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma başlanaraq, müvafiq ekspertizalar təyin edilib.