Biləsuvarda dəm qazı zəhərlənməsi ehtimalı ilə bağlı 3 nəfər xəstəxanaya yerləşdirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Məlumata görə, üç nəfər rayon sakini tənəffüs çatışmazlığı ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olub.

Hər 3 pasiyentə ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.