Ermənilərin təxribatı səbəbi ilə qaydalar dəyşdirilir. İrəvandakı son insidentdən sonra Beynəlxalq Ağır Atletka Federasiyası (IWF) belə bir addım atmağa məcbur olub.

İqtisadiyyat.az xəbər verir ki, qurumun prezidenti Mohamed Jaloud idmançıların mükafatlandırma mərasiminə ölkə bayraqları ilə qatılmasını qadağan edəcəklərini bildirib. Bu qərarın səbəbi bir neçə olaydır və hamısında erməni izi var.

Aprelin 14-də Ermənistanda start götürən Avropa Çempionatının açılış mərasimində təşkilatçılar Azərbaycan bayrağının yandırılmasına şərait yaratmışdı. Yekunda mllimiz yarışdan uzaqlaşdı. Daha öncə isə Albaniyada keçirilən gənclərin qitə birincilyində Türkiyə və Ermənistan idmançıları bayraqlarıyla podiumda bir-birinə qarşı aqressiv hərəkət etmişdilər.

IWF prezidenti qurumun İdarə Heyətinin toplantısında qadağaların rəsmən qəbul ediləcəyini bildirib. Bayraqlar mükafatlandırma mərasimlərində görünəcək, ancaq onlar idmançıların əlində yox, ekranda görüntü şəklində nümayiş etdiriləcək.