"Beşiktaş", "Fənərbaxça" və "Qalatasaray" klubları zəlzələ qurbanları üçün yardım kampaniyasına başlayacaqlarını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, "Trabzonspor" da ehtiyac siyahısını dərc edərək xeyriyyə kampaniyasına başlayıb.

Klublar sosial media hesablarından ehtiyac siyahısındakı materialları paylaşaraq, dəstək gözlədiklərini bildiriblər.