Belarusda son sutkada daha 108 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bununla da Belarusda yoluxma hallarının sayı 66 213-ə çatıb.

Pandemiya qurbanlarının ümumi sayı isə 503-ə çatıb. Belarusda koronavirusdan indiyədək 58 290 pasiyent sağalıb.