Polşanın baş naziri Mateuş Moravetski "Vaqner" qrupunun son dərəcə təhlükəli olduğunu vurğulayıb.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, polşalı nazir "Vaqner"in iştirakını Rusiya üçün Polşa və onun müttəfiqlərinin reaksiyasını yoxlamaq üçün bir yol olduğunu qeyd edib.

Qeyd edək ki, Rusiyanın “Vaqner” özəl mühafizə şirkətinin yaradıcısı Yevgeni Priqojin iyulun 19-da bir qrup muzdlu əsgərin Belarus ərazisinə gəldiyini və Belarus ordusuna təlim keçdiyini bildirib. Yevgeni Priqojin təlimlə bağlı bildirib ki, lazım gələrsə, hər zaman Belarusun yanında olacaq.

Gülşən Şərif