Beynəlxalq Enerji Agentliyi (BEA) OPEC+ formatına daxil olmayan ölkələrdə bu il neft hasilatına dair proqnozunu cüzi azaldıb.

BEA xəbər verir ki, ötən ayın hesabatına nisbətən sözügedən ölkələrdə bu ilin nəticələrinə görə gündəlik neft hasilatı proqnozu 100 min barel azaldılaraq 47,6 milyon barel həcmində təyin olunub. Buna əsas kimi ABŞ-da hasilatın artımı müqabilində Braziliyada azalacağı göstərilir.