"Bayer"in qapıçısı Matey Kovarj UEFA Avropa Liqasının IV turu çərçivəsində baş tutacaq "Qarabağ"la oyundan əvvəl mətbuat konfransında iştirak edib.

İqtisadiyyat.az xəbər verir ki, qapıçı "Qarabağ"la bağlı fikirlərini bölüşüb:

“Qarabağ”la birinci matçı Almaniyada oynadıq. Qələbəyə baxmayaraq, Bakıda bizi ağır oyun gözləyir. İlk oyunda "Qarabağ" tam gücünü göstərə bilmədi. Qrupda birinci olmaq istəyirik. Azərbaycanda gücümüzü göstərəcəyik".