Almaniya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Sandhauzen”lə qarşılaşıb və 5:2 hesabıyla qalib gələrək növbəti mərhələyə yüksəlib.

Xatırladaq ki, “Qarabağ” Leverkuzen təmsilçisinə səfərdə 1:5 hesabıyla uduzub. Bu komandaların növbəti oyunu noyabrın 9-da Bakıda baş tutacaq