ABŞ Konqresi müvafiq qanun layihəsini təsdiqləmədən Amerika administrasiyası Ukraynaya silah tədarükünü davam etdirə bilməyəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

"Konqres tədbir görmədən Vaşinqton Kiyevi silahla təmin edə biləcəkmi?" sualına Bayden cavab verib: "Xeyr, amma onların hərəkətə keçmə vaxtıdır, sizcə də elə deyilmi?"