"Vaşinqton Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib.

"Biz artıq sanksiyalar tətbiq etmişik, lakin bəli, biz əlavə sanksiyaların tətbiq edilməsi imkanlarını nəzərdən keçiririk", - deyə Bayden müvafiq suala cavab verib. 

O, həmçinin Navalnının ölümünün Konqresin Nümayəndələr Palatasında Ukraynaya dəstək üçün əlavə maliyyə ayrılmasına dair qanun layihəsinin təsdiqlənməsi perspektivlərinə təsir edib-etməyəcəyi ilə bağlı sualı da cavablayıb: "Ümid edirəm, amma əmin deyiləm".