"Feyenoord"un ulduzu Santiaqo Gimenez "Barselona"nın transfer siyahısına daxil olub.

İqtisadiyyat.az ESPN-ə istinadən xəbər verir ki, "Barselona" Santiaqo Gimenesi yaxından izləyir və Avropadan bir çox komandanın da gənc futbolçu ilə maraqlanır.

Xəbərdə Gimenezin "Cruz Azul"dan "Feyenoord"a keçdiyi gündən etibarən "Barselona" tərəfindən izlənildiyi, gənc futbolçunun bu mövsüm göstərdiyi performansdan sonra daha da yaxından maraqlandığı bildirilib.

"Barselona" 30 milyon avroya "Atletiko Parananse"dən Vitor Rokeni heyətinə qatmışdı.

 36 yaşı tamam olan Robert Levandovskinin gələn mövsüm Səudiyyə Ərəbistanına mümkün transferini nəzərə alan "Barselona" rəhbərliyi hücum xəttini gücləndirə bilər.

 Ancaq klubun hazırkı əsas hədəfinin yarımmüdafiəçi və müdafiəçi mövqeləri olduğunu və maliyyə problemlərinin davam etdiyini nəzərə alsaq, Gimenezin transferi qısa zamanda baş tutmaya bilər.

 "Barselona"nın iqtisadi problemləri və xərcləmə məhdudiyyətləri səbəbindən Kataloniya komandasının fasilə zamanı Rokeni heyətində qeydiyyatdan keçirə bilməyəcəyi ehtimalı var.