"Barselona” futbolçularının ödənişlərini vaxtında ödəmədiyinə görə cərimələnib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

İspaniyanın vergi orqanları iddia edilən qanun pozuntuları ilə bağlı 2019-cu ildə açılan işi yekunlaşdırıb və klubu 15,7 milyon avro məbləğində cərimələyib.

Bu pozuntular “Audi” avtomobillərinin komanda üzvlərinə verilməsi, çarter reyslərinə ödənişlər barədə məlumatların verilməməsi və türkiyəli sabiq futbolçu Arda Turan (1,3 milyon avro) ilə Aleksandr Sonqun (3,5 milyon avro) aldıqları təzminatın düzgün qeydə alınmaması ilə bağlıdır.