Azərbaycan banklarının Mərkəzi Banka borcları azalmaqda davam edir.

Fins.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına əsasən 2019-cu ilin 1-ci rübü ərzində Mərkəzi Bankın banklara qarşı tələbləri 53,6 milyon manat azalıb. Belə ki, ötən ilin sonun da 384.7 milyon manat təşkil etmiş tələblər, 31 Mart 2019-cu il tarixində 331.1 milyon manat təşkil edib.

Mərkəzi Bankın banklara qarşı tələbləri ötən ilin Mart ayı ilə müqayisədə isə 167,9 milyon manat azalıb. 31.03.2018-ci il tarixində  Mərkəzi Bankın banklara qarşı tələbləri  499 milyon manat idi.