Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib.

Bu barədə "İqtisadiyyat.az"a Mərkəzi Bankdan (AMB) bildirilib.

Məlumata görə, hərracda tələb 32,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Əlavə edək ki, bu göstərici ötən hərracdan 2 dəfə çoxdur. Belə ki, iyulun 6-da keçirilən valyuta hərracında banklar 15.7 milyon dollar alış həyata keçirib.