Bank sektorunun uzunmüddətli belə pulları olmadığına görə təbii ki, uzunmüdətli kreditlər verməkdə banklar çətinlik çəkir. 

Bunu Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bildirib. 

O qeyd edib ki,iqtisadiyyatda bütövlükdə bank sektorunda likvidlik səviyyəsi normadan iki dəfə çoxdur. Bu gün 30% əvəzinə 63-64% səviyyəsində bank sektorunda likvidlik var. Bu vəsaitlər dəyəri olan vəsaitlərdir. Bazarda formalaşmış depozitlərdir.  Bunlar üçün banklar haqq ödəyir.Ona görə də banklar o vəsaitləri istifadə etməkdə maraqlıdır.

Elman Rüstəmov Avropa Yenidənqurma Və İnkişaf bankının bu günlərdə Azərbaycanda bankların uzunmüddətli kreditlər verməkdə maraqlı olmamağı ilə bağlı açıqlamasına münasibət bildirərək qeyd edib ki ,biz uzunmüddəli kreditləri ilə bağlı son dövrlərdə apardığımız təhlillər göstərir ki, banklarda olan resurslar başlıca olaraq qısamüddətli resurslardır. Əsas səbəb ondan ibarətdir. Banklar qısamüddətli resurslar vasitəsi ilə uzunmüddətli öhdəlikli kreditləri maliyyələşdirmək məcburiyyətində qalır və bu proses gedir. Lakin bu riskli bir prosesdir. Burada biz riskləri ölçürük və banklarla çalışırıq bu prosesi tənzimləyirik.

O bankların niyə uzunmüddətli kreditlər verməkdə çətinlik çəkdiyinə aydınlıq gətirərək, "Bu gün banklarda uzunmüddətli "uzun pullar"deyilən bir anlayış var başlıca olaraq pensiya fondlarının sığorta şirkətlərinin vəsaitləridir uzunmüddətlidir bank sektorunda yerləşdirirlər. Bank sektorunun uzunmüddətli belə pulları olmadığına görə təbii ki, uzunmüdətli kreditlər verməkdə banklar çətinlik çəkir." deyə qeyd edib.