Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 437,1 milyon manat xalis mənfəət əldə edib.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 31,9 % çoxdur.

Hesabat dövrü ərzində bankların əməliyyat gəlirləri 1 milyard 866,3 milyon manat, əməliyyat xərcləri 1 milyard 195,6 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 127,8 milyon manat, gözlənilməz gəlirləri 0,3 milyon manat, mənfəət vergisi ödəmələri isə 106,1 milyon manat təşkil edib.