“Bank Respublika” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 22 may 2023-cü il tarixdə saat 12:00-da, Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın baş ofisində keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bankın rəhbərliyində deyilir.

Gündəlikdəki məsələlər:
1. İclasın sədrinin və katibinin təyin edilməsi.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. 2022-ci il üçün Kənar audit yoxlamasının nəticələri haqqında.
4. “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin investisiya qiymətli kağızlarının emitenti olaraq 2022-ci il üzrə illik hesabatının təsdiqi.